Azərbaycanlı idmançı Moskvada keçirilən qaydasız döyüş üzrə “Fight Nights Global 48” turnirində qalib olub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 70,3 kq qədər çəki kateqoriyasında final görüşündə həmyerlimiz Nəriman Abbasov İslam Beqidov ilə qarşılaşıb.
Final döyüşündə Nəriman Abbasov öz rəqibinə qalib gəlib. O, çempion olaraq 1 milyon rubl dəyərində mükafata da sahib çıxıb.