1464001486_4bhk4b49f0a2231pbu_800c450

 

Aprelin 18-də Türkmənistan sahillərində tapılan və aprelin 22-də təyyarə ilə Bakıya gətirilən insan qalıqlarının itkin düşən azərbaycanlı neftçilərə aid olmadığı müəyyənləşib.

“Azneft” İstehsalat Birliyidən verilən məlumata görə, itkin düşən neftçilərin hər birinin ailə üzvlərindən DNK nümunəsi götürülüb və tapılan insan qalıqları ilə qarşılaşdırılıb.

Qeyd olunub ki, tapılan insan qalığı heç bir DNK ilə uyğun gəlməyib. Tapılan meyit neftçilərdən heç birinin ailəsinə aid deyil.

Xatırladaq ki, “Günəşli” yatağında baş verən faciədən indiyə kimi 19 neftçi itkin düşüb.