ABŞ-ın Hərbi Hava Qüvvələrinin 8 qırıcısı Finlandiyanın Rissala aviabazasına gəlib.
Axar.az xəbər verir ki, bu qırıcılar İsveç və Finlandiyanın birgə hərbi təlimlərində iştirak edəcəklər. Təlimlər mayın 20-nə qədər davam edəcək.
Qeyd edək ki, bundan öncə ABŞ hərbi texnikası təlimlərdə iştirak üçün Pribaltika ölkələri, Moldova və Gürcüstana daxil olub.