Fövqəladə Hallar Nazirliyinin əməkdaşları Bakı küçələrndə gəzən ayını tutublar.
Bu barədə məlumatı Publika.az-a FHN-dən bildiriblər. Artıq Zığ qəsəbəsi, Hövsan yolunun üstündə gəzən ayı balasını Nazirliyin Kinoloji Xidmət Mərkəzinə göndərilib. “Daha sonra ayının haradan, necə gəlməsi araşdırılaq, müvafiq tədbir görüləcək”, – nazirlikdən bildirilib.
Qeyd edək ki, az öncə Hazırda Zığ qəsəbəsi, Hövsan yolunun üstündə yerləşən “Bakubus”ın avtomobil parkı yaxınlığında ayı balasının peyda olduğu barədə xəbər yayılmışdı. Şahidlər ayının yol üstə gəzişməsi səbəbindən piyadaların və avtomobillərin hərəkətinin dayandığını