Dünyaca məşhur müğənni Prinsin ölümü səbəbi ilə bağlı intihar və ya qətl ehtimalları təsdiqini tapmayıb.
Axar.az xarici mətbuata istinadən xəbər verir ki, evində cəsədi tapılan ifaçının cəsədi tibbi ekspertizaya göndərilib. Polis Cim Olson Prinsin intihar etməsi və öldürülməsi ehtimalının olmadığını deyib:
“İntihar etməsini düşünmək üçün hər hansı bir səbəb yoxdur. Bədənində zərbə izləri də aşkarlanmayıb. Hələlik bəzi tibbi testlər aparılır. Dəqiq cavabların açıqlanması həftələrlə çəkə bilər”.
Qeyd edək ki, müğənni evinin liftində tapılıb.