Instagramın yeni fenomenlərindən biri də Katya və Rob cütlüyüdür.
BAKU.WS məlumat verir ki, Katya uzun müddətdir toy fotoqraflığı ilə məşğul olur. Həyat yoldaşı Robla da fotoqrafı olduğu toyların birində tanış olub. Tanış olduqdan bir neçə ay sonra gənc cütlük ailə qurmağa qərar veriblər. Övlad sahibi olduqdan sonra isə şəhər həyatından imtina edərək müxtəlif ölkələrə səyahət etməyə başlayıblar. Evləndikləri gündən övladlarının olmasına, böyüməsinə kimi bütün həyatlarını çəkərək sosial şəbəkədə paylaşan cütlük qısa müddətdə internet istifadəçilərinin sevimlisinə çevriliblər. Katya və Robu izləyiciləri “Röya kimi ailə” adlandırırlar.
Sağlam həyat tərzi yaşayan ailə daha çox orqanik qidalardan istifadə edirlər. Cütlük hazırda Dominikan Respublikasında yaşayırlar. Ktya və Rob qarşıdakı günlərdə Kanada, İslandiya, Nyu-York və Hindistan kimi ölkələrə səyahət etməyi planlaşdırırlar.
Qeyd edək ki, cütlüyün fotolarını Tamara adlı iş yoldaşları çəkir.