Qubada iki gün əvvəl törədilən qətlin üstü açılıb.
Baş Pokurorluq və Daxili İşlər Nazirliyinin mətbuat xidmətlərindən APA-ya verilən məlumatda qeyd olunur ki, yanvarın 15-də Quba rayonunda fəaliyyət göstərən istirahət mərkəzlərindən birində üzərində xəsarətlər olan 35-40 yaşlarında naməlum qadın meyitinin aşkarlanması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb, dərhal hadisə yerinə baxış keçirilməklə müvafiq ekspertizalar təyin edilib.
Polis və prokurorluq orqanları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Könül Zalova olması müəyyən edilib.
Cinayətin Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Elməddin Əhmədov tərəfindən törədilməsində kifayət qədər əsaslar olduğundan, o, şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Lent.az-ın əldə etdiyi məlumata görə, Qəçrəşdəki “Retro” istirahət mərkəzində öldürülən qadın 20 oktyabr 1978-ci il təvəllüdlü Könül Zalovaya məxsusdur və o, qeyri-sağlam həyat tərzi sürürmüş.
38 yaşlı qadını qətlə yetirən Elməddin Əhmədov isə onunla birgə istirahət mərkəzinə gəlib və qətli törətdikdən sonra hadisə yerindən uzaqlaşıb.
K.Zalovanın bəzi fotolarını təqdim edirik.
http://s019.radikal.ru/i625/1601/65/43ef0f8d1338.jpg
http://s019.radikal.ru/i632/1601/4f/e193e79f48ce.jpg
http://s017.radikal.ru/i400/1601/15/7c59325c92ef.jpg
http://s017.radikal.ru/i415/1601/82/f5dd890d276a.jpg
http://s017.radikal.ru/i400/1601/d3/09d2e58a475c.jpg
http://i003.radikal.ru/1601/c1/a325975f7691.jpg
http://s020.radikal.ru/i708/1601/3a/1c0574bea0a6.jpg
http://i081.radikal.ru/1601/18/b6fcd6d7b64b.jpg