Üç gündür ki, dünyanın gündəmini işğal edən Paris terroru bütün dünyanı silkələdi. Dünya mənən silkələndı, ancaq, Paris və Fransa sözün hər iki mənasında… Bununla da, hamıya bir daha əyan oldu ki, terrordan heç kim sığortalanmayıb. Kimliyindən və hansı millətə mənsub olmasından asılı olmayaraq, terrorun hansı millətə qarşı edilməsindən asılı olmayaraq, ümumilikdə bu əməli pisləyirik. Terror qurbanlarının kimliyindən və hansı millətə məxsus olmalarından asılı olmayaraq…
Paris terrorundan sonra çaşqın və dəhşət içərisində olan Fransa, tarixinin ilk terror hücumu ilə bundan 405 il öncə, 1610-cu ilin 14 mayında qarşılaşıb. Belə ki, bu zaman Avropa Birliyi fikrinin icraçılarından olan kral IV Henri, qəfil hücum nəticəsində həyatından olmuşdu. Bu sui-qəsd sonrası da bəzi qeyri-qadi hadisələr baş vermişdi. Belə ki, kralın ürəyi odda kabab edilmiş, külləri illər sonra şəhər-şəhər gəzdirilmiş və yalnız 1953-cü ildə dəfn edilmişdir.
Ümumiyyətlə son 30 il içərisində Parisdə bir böyük terror hadisə baş verib. Bunu da ASALA erməni terror təşkilatı törədib ki, bu hadisə 1983-cü ildə hava limanında həyata keçirilmişdi. Ermənilərin işə saldığı bombanın partlaması nəticəsində 8 fransız həyatını itirmişdi.
Biz yenə də qayıdaq Fransa tarixinin ilk terroruna.
Kral IV Henri 1553-cü ildə Pauda dünyaya gəlib. Onun anadan olduğu illərdə ölkəsində Protestant-Katolik çəkişmələri gedirdi və ölkəsi vətəndaş müharibəsi vəziyyətində idi. Atası Antuan de Burbon başlanğıcda protestantları dəstəkləsə də, sonradan tərəfini dəyişərək katoliklərin yanında yer almışdı. Bundan sonra isə Antuan de Burbon, protestantlarla çıxan müharibədə həlak olmuşdu. Atasından fərqli olaraq, Henrinin anası protestantlıqdan vaz keçməmiş və 1560-cı ildə Kelvin məzhəbinə daxil olmuşdu. 1570-ci ildə iki məzhəb arasında olan barışıqdan sonra, barışa zəmanət olaraq, Henri, Fransa kralının bacısı olan Marqaritta ilə evləndirildi. Həmin illərdə Henrinin anası həyatda olmadığı üçün o, artıq Navarra kralı idi.
Kövrək barışıq sadəcə 12 il davam edə bildi. Belə ki, 24 avqust 1572-ci ildə məşhur Müqəddəs Varfalamey gecəsində katoliklər pretestantlara qarşı terror həyata keçirdilər ki, bunun da nəticəsində minlərlə protestant öldürüldü. Hadisədən sonra Henri yeniddən protestantlığı qəbul etdi və onların lideri olaraq, katoliklərə qarşı müharibəyə davam etdi.
Həmin dönəmdə Fransa kralı olan III Henri, İspaniyanın təzyiqlərindən qurtulmaq üçün “kiçik” Henri ilə birləşdi. Bu birləşmə III Henriyə baha başa oturdu və 1589-cu ildə bir sui-qəsd nəticəsində öldürüldü. Yaranmış münbit şəraitdən maksimum istifadə edən Navarra kralı Henri, IV Henri olaraq Fransa taxtına çıxdı.
IV Henri kral olsa da, məzhəbi səbəbindən başda Paris olmaqla, bir çox şəhər onun krallığını qəbul etmədi. Bu zaman isə məzhəbini paltar dəyişdirən kimi dəyişməyə adət edən Henri bu dəfə də məzhəbini dəyişərək, protestantlıqdan imtina etdi və katolik məzhəbinə keçdi.
Krallığı dönəmində Fransa güclü bir dövlətə çevrildi. İqtisadiyyat tezliklə gücləndi və bu nailiyyətlər Henrini yeni xəyalların burulğanına atdı. Avstrya və İspaniyada hakim sülalə olan Habsburqları məhv etmək, Türkləri isə Asiyanın içərilərinə doğru qovmaq… Daha sonra isə Rusiyanın və ümumiyyətlə slavyanların kənarda saxlanıldığı yeni Avropa qurmaq… Yəni, müasir dildə desək, Avropa Birliyi qurmaq.
Məhz bu kimi fikirlərindən dolayı IV Henri Avropa Birliyi düşüncəsini həyata keçirmək istəyən hökmdarlar arasında yer alır. Ancaq, bütün bu xəyyallarını həyata keçirə bilməyəcəkdi. Çünki 14 may 1610-cu ildə bir bıçaq zərbəsi onun həyatına və bütün xəyallarına son qoyacaqdı.
Fransa tarixinin ilk terroru.
Henri həmin gün xəstə maliyyə naziri olan Sallini ziyarətə getmişdi. Minmiş olduğu atlı araba, yol üzərində olan ot yüklü arabanın olması səbəbindən dayanınca, Frençis Ravalyak adlı bir protestant terrorçu tərəfindən bıçaqlandı. İki bıçaq zərbəsi alan IV Henri bir neçə dəqiqə sonra can verdi. Düzdür, Revalyak sonradan ələ keçirilərək amansızcasına edam edildi, ancaq, IV Henrinin ürəyi əsrlərlə davam edəcək olan uzun bir məcəraya şahidlik edəcəkdi.
IV Henri söhbətləri əsnasında daim “Ürəyimi La Fleşdəki Yezuit rahiblərinə verin” deyirmiş. Henrinin öldürülməsindən sonra onun bu sözləri vəsiyyət kimi qəbul edildi və yerinə taxta keçən oğlu XIII Lui, atasının ürəyini çıxartdırıb qəsrdəki Yezuit keşişlərinə göndərdi. Henrinin vəsiyyəti yerinə yetirilmişdi, ancaq Fransa İnqalibı hər şeyi yenidən dəyişdirəcəkdi…
İnqilabın var gücü ilə vüsət aldığı bir zamanda La Fleşdəki Xalq Məclisi təmsilçiləri Henrinin ürəyinin çıxarılaraq yandırılması əmrini verdi. Bundan sonra IV Henrinin ürəyi saxlanıldığı qutudan çıxarıldı və 1793-cü ilin oktyabrında, kralın vəfatından 183 il sonra meydanda yandırılaraq külə çevrildi.
Hadisədən sonra əsgərlər və ətrafa yığılan xalq dağılışdı. Bir nəfərdən başqa… La Fleşdəki Yezuit rahiblərindən olan Çarlz Buşe, kralın külə dönmüş ürəyini dəsmalına bükdü. Daha sonra isə külü bir şüşəyə boşaltdı. Buşe, ürək formasında qızıl ulduzlu bir qutuya yerləşdirdiyi Henrinin ürəyini, İnqaliabın zəiflədiyi 1814-cü ildə Fransanın başqa bir şəhəri olan Pritaneyə gətirdi və kilsədə olan bir “İncil” kitabının yanında gizlətdi.
Küllər 139 il bu kilsədə qaldı və fransızlar yalnız 1953-cü ildə IV Henrinin anadan olmasının 400-cü ildönümü münasibətilə onun ürəyinin hekayəsini yada saldılar. Küllər kilsədən alındı və o dönəmin Fransa prezidenti Vensen Oriolun da iştirakı ilə bir öküz arabasına qoyularaq şəhər-şəhər gəzdirildi. Bundan sonra isə yenidən La Fleşə gətirilərək dəfn edildi.
Parisdə IV Henrinin qətl edildiyi və oğlu XII Luinin sui-qəsddən bie neçə saat sonra edilən biətləri qəbul etdiyi yerdə indi “XIII Luinin Mənzili” adlı çox gözəl və bahalı restoran yerləşir. İki mərtəbəli restoranın birinci mərtəbəsində XIII Luiyə edilən biətin xatirəsi üçün mərmərdən bir sütun ucaldılıb. Binanın tam qarşısında isə Pikassonun İspaniya vətəndaş müharibəsi simvolu olan “Qernika” tablosunu yaratdığı atelye yer alır…
http://s019.radikal.ru/i644/1512/3f/326d7003eea4.jpg
http://s43.radikal.ru/i101/1512/8b/9adcf18ef384.jpg
http://s011.radikal.ru/i317/1512/1d/d90d66701aec.jpg