новый коллаж

Deputat Naqif Həmzəyev Rәsulzadәni vәtәn xaini adlandırıb

Gəncədən yeni seçilmiş deputat Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni satqın, vətən xaini adlandırmaqla yanaşı Rəsulzadəni təhqir edərək bildirib ki, “Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı…”

Naqif Həmzəyevin sayaqlamasına sabiq Təhsil naziri Firudin Cəlilov Ölkə.az-a verdiyi açıqlamasında münasibət bildirib:

“Belə bir adamın parlamentə gəlməsi özü xoşagəlməz hadisədir. Bu adam hələ bilmir ki, indiki, özünün oturduğu parlament Məhəmməd Əmin Rəsulzadə qurduğu parlamentin varisidir. Dövlətin qurucusuna, milli liderə o cür yanaşan adamın parlamentdə nə işi var? Onu parlamentə aparanlardadı günah. Bu adamın nə tarixdən savadı var, nə də milli mənliyi var. Adi orta məktəb şagirdlərinin bildiyi məsələlərdən belə danışırsa, vay bizim halımıza, görün deputatımız kimdir. Onu elə bir günə qoymaq lazımdır ki, bir də elə danışmasın”.

Naqif Həmzəyevə də xatırladırıq ki, Azərbaycan Xalq Cumhuriyyəti Tiflisdə elan olunub, cumhuriyyətin ilk paytaxtı isə onun deputat seçildiyi Gəncə şəhəri olub.

Загрузка...