Ruasiyanın Çelyabinsk şəhərində 3,5 min insan fləşmob keçirib.
ANS PRESS-in məlumatına görə, fləşmob Böyük Vətən Müharibəsində qələbənin 70 illiyinə həsr edilən bayram tədbirləri çərçivəsində baş tutub.
Fləşmobda son zamanlar münasibətlərdə soyuqluq yaşanan ABŞ-da ismarıc verilib. Belə ki, 3 mindən çox insan ilk öncə meydanda Pentaqon binasının formasını yaradıblar. Daha sonra isə bir neçə saniyə ərzində bina Qələbəni təcəssüm edən 5 guşəli ulduz formasına çevrilir.
Fləşmob məşhur “Müqəddəs müharibə” mahnısı fonunda həyata keçirilib.