Загрузка...

331846

“Kişi heyranlarım çoxdur, ancaq onlar arasında seçim etmək çətindir. Hər dəfə məni aldadırlar”.

Bunu Lady.Day.Az-a müsahibəsində gənc aktrisa Pərvin Əbiyeva deyib.

“Bir neçə dəfə çalışdım ki, kiminləsə münasibət qurum, ancaq nəticə həmişə eyni olub”, – o əlavə edib.

“Açıq-saçıq səhnələrə çəkilməyə hazırsınız?” – sualına isə aktrisanın cavabı birmənalı olmayıb. O, hər şeyin səhnədən asılı olduğunu düşünür.

“Tamamilə açıq səhnələrə razılıq vermərəm. Çünki bizdə belə şeylərə pis baxırlar. Mənim ailəm, dostlarım var. Buna görə də belə rollara razı olmaq istəmirəm. Əgər xaricdə çəkilsəydi, belə səhnələrə razılıq verərdim. Bu axı sadəcə roldur”, – aktrisa deyib.