Trend “StarMed” klinikasında burnunu əməliyyat etdirmək istəyən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızının ölümü ilə bağlı yeni faktlar əldə edib.
Əldə edilən məlumata görə, L.Mürsəlova ürək çatışmazlığından əziyyət çəkib. L.Mürsəlovanın valideynləri əməliyyatdan əvvəl qızlarının səhhətindəki bu problem barədə tibbi heyəti məlumatlandırıblar. Lakin buna baxmayaraq, qıza əməliyyat olunmaq üçün narkoz vurulub. Nəticədə də o, dünyasını dəyişib.
Qeyd edək ki, mütəxəssislərin sözlərinə görə, ürək çatışmazlığı zamanı narkozdan ölüm halının baş vermə riski böyük ola bilər. Bunun baş verməməsi üçün də həkim-mütəxəssis seçim apararaq belə hallarda tətbiq edilən anesteziya metodunu müəyyənləşdirməlidir. Bu zaman xəstədə ürək çatışmazlığının ağırlıq və inkişaf dərəcəsi də nəzərə alınmalıdır.