pano0 - копия (2)_913

Bakının mərkəzindəki “McDonalds”da cinayət hadisəsi baş verib.

Lent.az-ın Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən məlumatına görə, martın 10-da Nəsimi rayonu ərazisindəki “McDonalds”da Bakı şəhər sakini Almara Hüseynovanın çantasından 2500 manatı oğurlanıb.

Nəsimi RPİ 19-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən, orada mühafizəçi işləyən Bakı şəhər sakini Vüsal Həsənov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.

Загрузка...