Müstəntiq Elçin Tağıyev “Qafqazinfo”ya açıqlamasında hadisə barədə məlumat verib.
O bildirib ki, 1967-ci il təvəlüdlü Bayramov Əlifağa Həmiş oğlu qızı 16 yaşı olanda 3 dəfə zorlayıb: “2013-cü ilin avqustuda zorlanan qızın qardaşı Əlifağanın qızını alıb. O vaxtdan qohumluq əlaqələri yaranıb və onlar bir-birlərinin evinə gedib gəlməyə başlayıblar. Qız Ələt qəsəbəsində atası ilə birlikdə yaşayıb. Qudaların hər ikisi “malyar” işləyirmiş. Sonradan Əlifağa bir yerdə işə getmək üçün gəlib qudasıgildə qalırmış. 2014-cü ilin mayın 1-də Əlifağa qudasıgilə gəlib, görüb evdə heç kim yoxdur. Qızdan soruşub ki, atan hardadır, o da deyib evdə yoxdur. İçəri keçib qızı danışdırmağa başlayıb. Sonra qəfildən qızı vurub və F.M huşunu itirib. Həmin vaxt qızın 16 yaşı olub. Ondan sonra təxminən 1 saat qızla təbii yolla cinsi əlaqədə olub. Bir saatdan sonra qız özünə gələndə görüb ki, Əlifağa artıq evdən çıxıb gedir. Görüb ki, soyundurulub, üst-başı da qan içindədir. Qız bunu heç kimə deməyib.
Üç gün sonra mayın 4-də gecə yenə Əlifağa qudasıgildə qalıb. Səhər qızın atası işə tez gedib. Əlifağaya da deyib ki, ondan sonra gələr. Qızın atası çıxandan sonra Əlifağa qızı yatdığı çarpayısında zorlayıb. Bu dəfə qız özündə olub, müqavimət göstərib. Əlifağa qızı döyərək onunla cinsi əlaqədə olub. Qıza hədə-qorxu gəlib ki, kiməsə desən sənin başını kəsəcəyəm. Ümumi 3 dəfə qızı zorlayıb. Sonuncu dəfə 2014-cü ilin iyunn ayının axırlarında olub. Qızı guya gəlinlərini görmək üçün Salyan rayonun Kürsəngi kəndinə öz evlərinə aparıb. Yolda istiqaməti dəyişib, qıza deyib ki, qısa yolla gedəcəyik. Heç kimin olmadığı bir yerə gələndə maşında qızı yenə zorlayıb. Bundan sonra qız hamilə qalıb. Amma qorxusundan heç kimə deməyib. Üstündən bir neçə ay keçəndən sonra böyük bacısı şübhələnib. Bu ilin fevralın 7-də bacısına hər şeyi danışıb. Fevralın 8-də Hacıqabulda xəstəxanaya gediblər. Həkim deyib ki, 35 həftəlik hamilədir, gələn ayın 15-də doğuş vaxtıdır”.
**********
Bakının Qaradağ rayonunda 17 yaşlı qız zorlayıb. Yeniyetməyə təcavüz edən isə onun qardaşının qayınatası olub. Nərimanov rayon Polis İdarəsi 11-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumaat görə, bu barədə qızın valideynləri şikayət ediblər.
Edilən şikayətə əsasən qız may ayın 1-də yaşadığı Ələt qəsəbəsində evərində qohumları, 1967-ci il təvəllüdlü Əlifağa Bayramov tərəfindən zorlanıb. Kişi qızı zorlayan zaman vəhşicəsinə döyüb. Hadisə baş verə zaman qız evdə tək olub.
Qeyd edək ki, 17 yaşlı qızın qardaşının qaynatası Əlifağa Bayramov atası ilə birlikdə fəhləlik edir. Qızı zorlayan Əlifağa Bayramov həmin gün onlarda qalıb. Mayın 3-də isə səhər satlarında onu təkrar zorlayıb.
Bundan sonra, qız hədə-qorxu gələrək bildirib ki, əgər bu barədə kiməsə desə, onun başını kəsib kimsəsiz yerə atacaq.
Bundan bir neçə ay sonra, yay aylarında Əlifağa Bayramov yenə qohumlarının evinə gəlib. Sonradan isə 17 yaşlı qızı Salyan rayonuna aparıb. Evdəkilərə isə qohumu olan yeniyetmənin istirahət etməsi üçün apardığını deyib. Lakin o gənc qıza qarşı zorakılığını Salyanda da davam etdirib.
Qeyd edək ki, Əlifağa Bayramov ilə həmin ailə 2013-cü ildə qohum olublar.
Hazırda onun tutulması istiqamətində əməliyyat aparılır.