ABŞ-ın 1-ci ledisi Mişel Obamanın Səudiyyə Ərəbistanında Kral Abdulahın matəm mərasimində başıaçıq iştirak etməsi ölkə vətəndaşlarının etirazına səbəb olub.
Aznews.az xəbər verir ki, bu haqda məlumatı “The Telegraph” nəşri yayıb.
Məlumatda deyilir ki, Səudiyyə Ərəbistanında qadınlar başıaçıq bayıra çıxmırlar, onlar əsasən niqab geyinirlər.
Vida mərasimində Mişel qara şalvar, uzun jaket geyinib.
Qeyd edək ki, ABŞ prezidenti Barak Obama bir çox dövlət rəsimlərilə Səudiyyə Ərəbistanına gedib.