www.aznews.az_photos_Guler Ehmedova yeni

“Heydər Əliyev mənim üçün həmişəyaşar insandır. Sabah onun anım günü olsa belə, o mənim üçün həmişə sağdır. Ömrümün axırına qədər də sağ olacaq. Onun bütün çıxışları, sözləri bu gün də mənim üçün canlıdır. Mən onu həyatım boyu unutmayacağam. Onun mənə verdiyi dəstəyi və eyni zamanda Azərbaycan üçün elədiklərini heç kim, heç vaxt yaddan çıxara bilməz. Həmçinin də mən yaddan çıxara bilmərəm. Azərbaycanı bizə Heydər Əliyev bəxş edib”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Gülər Əhmədova deyib.

Sabah Azərbaycanın keçmiş prezidenti Heydər Əliyevin dünyasını dəyişməsindən 11 il ötür. G. Əhmədova Heydər Əliyevlə bağlı fikirlərini bölüşüb. O, qeyd edib ki, bu gün Heydər Əliyev siyasətinin davam etdirilməsi ölkə prezidentinin böyük nailiyyətidir:

“Mən arzu edirəm ki, cənab prezidentin siyasəti hələ çox uzun əsrlər davam eləsin. Bu işin arxasınca gedən cənab prezident İlham Əliyev başda olmaq şərti ilə hər kəsə can sağlığı, uzun ömür arzulayıram. Allah onun torpağı qədər cənab prezident İlham Əliyevə ömür versin. Nə qədər ki, bu siyasət davam edəcək Azərbaycan müstəqil dövlət kimi yaşayacaq”.

Daha sonra G.Əhmədova qeyd edib ki, H. Əliyevin məzarını ziyarət etmək üçün həmişə Fəxri Xiyabana gedir:

“Baxmayaraq ki, onun heykəli qarşısında baş əyirəm, amma hər zaman onun xatirəsi mənim üçün əzizdir, həmişə canlı və diridir. Mən elə bir dəqiqə və saniyə yoxdur ki, Heydər Əliyevi yadımdan çıxarım. Heydər Əliyev mənim həyatımın bir hissəsidir. Mən Heydər Əliyevi həmişə mənəvi atam saymışam. Atama olan hörmətim, Heydər Əliyevə qarşı olan hörmətimə bərabərdir”.

Загрузка...