Bakıda sərnişinlə dolu avtobus minik maşınını vuraraq hadisə yerindən qaçıb
Dekabrın 4-də saat 11:40-da Bakının Xətai rayonu ərazisində avtobus sürücüsü qəza törədərək hadisə yerindən qaçıb. Milli.Az xəbər verir ki, qəzanın başvermə anını və avtobus sürücüsünün necə qaçdığını əks etdirən videonu avtosfer.az-a göndərən Orxan adlı oxucu bildirir ki, hadisəni törədən 10-TG-540 dövlət nömrə nişanlı, 64 saylı marşrut üzrə hərəkət edən avtobusdur.
Metronun “Xalqlar dostluğu” stansiyasının yaxınlığında yerləşən “Modern” hospitalın qarşısındakı yolda hərəkət birtərəflidir. Sürücü sərnişin dolu avtobusu yüksək sürətlə idarə edir və soldan gedən maşının dərhal yoluna keçib maşını sıxışdırıb, əzib gedir və avtobusun sürücüsü saxlamadan hadisə yerindən qaçır”.