Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri ilə İŞİD terror qruplaşması ilə bağlı təhlükənin müxtəlif aspektlərini müzakirə edib. musavat.com-un Rusiya KİV-ə istinadən verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov açıqlama yayıb.
Daimi üzvlərlə operativ müşavirə zamanı Kreml başçısı həmçinin, gündəmdə olan sosial-iqtisadi xarakterli aktual məsələləri də müzakirə edib.
Müşavirədə baş nazir Dmitri Medvedyev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev, ölkə hüquq-mühafizə və kəşfiyyat orqanlarının rəhbərləri – Sergey İvanov, Aleksandr Bortnikov, Rəşid Nurqaliyev, Mixail, Fradkov, Boris Qrızlov iştirak ediblər.