Müsavat Məclisinin həbsdəki 3 üzvü Arif Hacılının sərəncamı ilə partiya başqanının müavinləri oldular
Musavat.com xəbər verir ki, bu gün Müsavat Partiyasının başqanı Arif Hacılı daha üç sərəncam imzalayıb. Sərəncama görə Müsavat Partiyasının üzvü olan 3 siyasi dustaq bu təşkilatın başqan müavini təyin olunublar. Bu sərəncamlarla Müsavat Partiyası Məclisinin üzvləri Tofiq Rəşid oğlu Yaqublu, Yadigar Sadıq oğlu Sadıqov və Fərəc Raqif oğlu Kərimov Müsavat Partiyası başqanı Arif Hacılının müavinləri statusu alıblar.
Musavat.com