71055

Azərbaycan respublikasının prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevanın yeni fotoları yayılıb.

ANS PRESS-in məlumatına görə, sosial şəbəkənin fəal istifadəçisi olan Arzu Əliyeva Facebook səhifəsində bacısı ilə birlikdə çəkilən şəkilləri paylaşıb. Qlamur obrazda ağ-qara rəngdə çəkilən fotolar az müddət ərzində minlərlə istifadəçi tərəfindən bəyənilib. Arzu və Leyla bacıları cazibədar geyimləri ilə kamera qarşısına keçiblər.

Həmin şəkilləri sizə təqdim edirik.

Qeyd edək ki, Arzu Əliyeva ötən günlərdə də həyat yoldaşı Səməd Qurbanov ilə birlikdə çəkilən yeni şəklini İnstagram səhifəsində yerləşdirib.

Загрузка...