“Həyatımda sevgi, məhəbbət yoxdur. Mənim eşqim qızlarımdır, anam, atam və yeni layihələrimdir. Həyat yoldaşımla ayrılmışıq. Hazırda dost münasibətindəyik. Çünki iki qızımız var. Biri 8, digəri 7 yaşındadır. Hazırda işlərim gözəl davam edir. Sevgi olanda işləmək çox çətin olur. Bütün günü onu düşünürəm. Həmişə yanımda olsun, onun səsini eşitmək istəyirəm. Sevdiyim insanı qısqansam da, göstərməyi sevmirəm. Ən böyük problem məni qısqananda olur. Həddindən çox qısqanclıq yaşadım. Qısqanılmağı sevmirəm. Çox çətindir”.
“Qafqazinfo”nun məlumatına görə, hazırda “X Factor” musiqi müsabiqəsində münsiflər kürsüsündə əyləşən müğənni Nigar Camal Türkiyənin “Posta” qəzetinə müsahibəsində şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib
Sənətçi bəyəndiyi kişilərdən də bəhs edib: “Hərəkətli, zarafat edən, gülərüzlü, pozitiv kişiləri sevirəm. Davakar kişiləri bəyənmirəm. Çox qısqanc olmasın, bir də davamlı oturan, danışmayan kişiləri sevmirəm. Məncə türk kişiləri dünyanın ən yaraşaqlı kişiləridir. İtaliyaya da getdim, yaraşıqlıdırlar, amma müsəlman deyillər. Mədəniyyətləri də fərqlidir. Türk kişilərini İtalyan kişilərinə dəyişmərəm”.
Nigar Camal geyimlərindən də söhbət açıb: “Uzun saç sevirəm, saçlarım tez-tez gözəllik salonuna getdiyim üçün yandı və qurudu. Evdə jojoba yağı ilə maska tətbiq edirəm. Üzümə gündə iki dəfə nəmləndirici krem sürtürəm. Gündəlik həyatımda əsla makiyaj etməyib dərimiz istirahət etdirirəm. Şort və mini ətək geyinməyi sevirəm. Səhnədə də qısa paltarlar geyinmək xoşuma gəlir. Çünki ayaqlarıma güvənirəm”.