İnsanların haqlı iradlarına cavab olaraq, qadın hər kəsi təhqir edir.
Azərbaycanın internet məkanında dünən Bakıda yaşanmış bir hadisənin videogörüntüləri geniş müzakirəyə səbəb olub.
Videogörüntülərdə sərnişin avtobusunda hərəkət edən qadının telefon danışığı və bundan sonra digər vətəndaşlarla yaranan münaqişə əks olunub.
Belə ki, qadın avtobusda telefonla danışır və bu zaman nalayiq ifadələr işlədir. Ətrafdakı insanların haqlı iradlarını qulaq ardına vuran həmin şəxs, hətta onları təhqir etməkdən də çəkinmir.
Sosial şəbəkələrdə yayılan bu video insanların ciddi narazılığına və geniş müzakirələrə səbəb olub.
Həmin videogörüntüləri təqdim edirik.
Oxu.az