Braziliyadan Madridə uçan futbol üzrə İspaniya yığmasının olduğu təyyarəni ildırım vurub
Lent.az-ın “nyusru”-ya istinadən məlumatına görə, bu haqda “Röyter” xəbər yayıb.
Mənbə bildirib ki, olay Madridə az qalanda baş verib. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıblar.
Madriddə hava limanında İspaniya komandasını 200-dək tərəfdar və jurnalist qarşılayıb. Oyunçular mətbuat təmsilçiləri və fanatları ilə ünsiyyət qurmaq istəməyiblər.