İtaliyanın futbol millisi Braziliyada keçirilən dünya çempionatının qrup mərhələsində İnciltərə yığmasını məğlub.
D qrupunun qarşılaşması italiyalıların 2:1 hesablı qələbəsi ilə başa çatıb. Klaudio Markizio italyanları 35-ci dəqiqədə hesabda irəli çıxarıb. Amma cəmi iki dəqiqə sonra Danel Starric bərabərlik qolunu vurub. Birinci hissə 1:1 hesabı ilə başa çatıb.
İtaliya millisinə qələbəni 50-ci dəqiqədə Mario Balotellinin qolu gətirib.
İngilislər növbəti turda çempionata məğlubiyyətlə başlayan Uruqvay millisi ilə qarşılaşacaqlar. İtalyanlar isə sensasion qələbə ilə gündəmdə olan Kosta-Rika millisini sınağa çəkəcəklər.
***
Oyunun ilk hissəsi 1-1 hesabı ilə başa çatdı. Qollar: Starridj, 37 – Markizio, 35 . Oyunun 49-cu dəqiqəsində M. Balotelli İtalyanların 2-ci qolunu vurub.
****
Futbol üzrə Dünya çempionatına İngiltərə və İtaliya milliləri qarşılaşır. Matçında favorit qismində appeninlilər göstərilsə də, ingilislərdən çox şey gözləmək olar. Tərəflərin indiyədək 24 dəfə üz-üzə gəlib. Bunların 8-də ingilislər, 9-da italyanlar qalib gəlib. 7 matçda isə sülh qeydə alınıb. Ancaq top fərqində ingilislər üstündür – 30:27.
İngiltərə – İtaliya – 0:0
Hakim: Byörn Köypers (Hollandiya)
Manaus. “Arena Amazoniya”
İngiltərə: Xart, Conson, Jaqelka, Keyhl, Beyns, Cerrard, Xenderson, Uelbek, Sterlinq, Runi, Starridj.
İtaliya: Siriqu, Kellini, Paletta, Barsali, Darmian, de Rossi, Pirlo, Verratti, Kandreva, Markizio, Balotelli.