“Xanım dostlarının da çox olmasına anam dözə bilmədi və boşandılar”.
Açıq-saçıq fotoları ilə gündəmə gələn və özünü xalq artisti Nurəddin Mehdixanlının qızı kimi təqdim edən aktrisa-model Kəmalə Quliyeva atasının “Mənim belə qızım yoxdur” açıqlaması ilə bağlı daha bir cavab verib.
Oxu.Az xəbər verir ki, Kəmalə Quliyeva gecce.az-a açıqlamasında atasının dediklərinə belə cavab verib:
“Atam həmin sözləri ilə böyük səhv etdi. O, bunu zamanla anlayacaq. Əslində, Nurəddin müəllimdən ayrı yaşasaq da anamla mən hər zaman onunla əlaqə saxlamışıq.
Lakin saytların birində məndən icazəsiz bu xəbəri yazması arada olan xoş münasibəti bitirdi. Atam çox qəzəbli insandır. Anam onunla 20 il öncə qısqanclığa görə ayrılıb. Çünki atamın hər zaman əhatəsi böyük olub.
Xanım dostlarının da çox olmasına anam dözə bilmədi və boşandılar. O zaman mənim 10 yaşım olardı. Onun hazırda öz ailəsi var və istəmirəm ki, bu söhbət daha da uzansın. O, mənim atamdır, özü də, dostları da bunu çox yaxşı bilir və mən bunu sübut etməyə hazıram”.