Kanadada tənha qadınlar üçün robot “ər” hazırlanıb.
Robotun artıq ilkin sınaqları da keçirilib. Robot “ər” evi təmizləyir, qabları yuyur, xörək və çörək bişirir, yatağı yığır, masaya qabları düzüb yığışdırır, habelə söhbət edə bilir.
Həmçinin qadının verdiyi bütün suallara cavab verir. Robotun səsini korreksiya etmək olar. Yəni sahibəsi onun səs tonundan tutmuş, danışıq tərzinə qədər bütün konfiqurasiyaları müəyyənləşdirə bilər.
Sahibəsi yuxuya gedəndə, ya mənzili tərk edəndə, robot mühafizəçi funksiyalarını icra etməyə başlayır.
Bundan başqa, robot “ər” sıradan çıxan məişət əşyalarını təmir edir, elektrik xətləri və ya santexnika sistemindəki nasazlıqları aradan qaldırır.
Robotun təkmilləşdirilməsi ilə bağlı işlər davam etdirilir.