“Facebook” şirkəti günəş enerjisi ilə işləyən və yerdən idarə edilə bilən hava qurğuları internet sistemi qurmağa hazırlaşır. 5 milyard insanı internetlə təmin edəcək layihəyə əsasən, səmaya 11 mindən çox hava qurğusu göndəriləcək.
Şirkət 5 il havada qalan və yüksəklikdə yerləşdiriləcək qurğular üçün “Titan Aerospace” ilə danışıqlara başlayıb. “Facebook”un almaq istədiyi “Solara 60” qurğusu yanacaq sərf etmədən illərlə havada qala bilir. Bu qurğular üçün şirkət 60 milyon dollar xərcləyəcək.
buro247.az