Milli Məclisin 22 noyabr iclasında söz alan deputat Siyavuş Novruzov deyib ki, İranda Naxçıvana gedən avtomobillərin qarşısı alınır: “Qışın gəlməsini nəzərə alaraq İranın gündə bir şərt qoyması, insanların incidilməsi kimi məsələlər ciddi qaldırılmalıdır. Azərbaycan Xarici İşlər Nazirliyi məsələni ciddi şəkildə İran səfirliyi qarşısında qoymalıdır”.
“Media forum” saytının məlumatına görə, spiker Oqtay Əsədov deputatın qaldırdığı məsələyə toxunaraq qeyd edib ki, İranla sərhəd məntəqələrində problem artıq öz həllini tapıb və indi söhbət əsasən texniki məqamlardan gedir.