Bakının Səbail rayonu ərazisində Bakı Bulvarında qadın meyiti tapılıb. Sabail Rayon Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, bulvarda “Kiçik Venesiya şəhərciyi”ndə təqribən 60 yaşların olan qadın dünyasını dəyişib.
Hadisə yerinə polis və təcili yardım həkimləri gəliblər. Araşdırmalar zamanı onun 1947-ci il təvəllüdlü Sara Höcət qızı Cabbarova olduğu məlum olub. İlkin ehtimala görə, o öz əcəli ilə ölüb.
Faktla bağlı araşdırmalara başlanılıb.