Ötən gecə Moskva şəhəri yaxınlığında yerləşən psixatriya xəstaxanasında baş verə yanğın nəticəsində 38 nəfərin həlak olduğu bildirilir.
Cəmisi 3 nəfər yanğından xilas olub. Bir tibb bacısı 2 nəfər xəstəni yanğın zonasından uzaqlaşdırmağı bacarıb. Yanğın söndürənlər hadisə yerinə 1 saat sonra yetişib.
Rusiya prezidenti Vladimir Putin yanğının səbəblərinin araşdırılması və zərərçəkənlərə lazımi yardımın göstərilməsi barədə göstəriş verib.