Medianews.az
Yayın sevilən meyvəsi -
68 baxış

Yayın sevilən meyvəsi - Qarpızın bilinməyən faydaları

Alimlər qarpızın sağlamlıq üçün gözlənilməz faydalarını açıqlayıb. Aparılan araşdırmalara görə, qarpız ürək sağlamlığını dəstəkləyir, damar funksiyalarını yaxşılaşdırır və orqanizmi vitaminlərlə təmin edir.

Medianews.az “Yeni Sabah”a istinadla xəbər verir ki, məlumata görə, qarpızın tərkibində olan L-sitrulin və L-arginin maddələri qan damarlarının genişlənməsinə kömək edir və qan dövranını yaxşılaşdırır.

Araşdırmada qarpız şirəsinin ürək ritminə və damar sağlamlığına müsbət təsir etdiyi müəyyən olunub. pizza hut

Qırmızı qarpızın xüsusilə faydalı olduğu vurğulanır. Çünki onun tərkibində güclü antioksidant sayılan likopen maddəsi çoxdur. Bu maddə orqanizmi sərbəst radikallardan qorumağa kömək edir.

Qarpız C vitamini, kalium və maqnezium baxımından zəngindir.

Meyvənin 92 faizinin sudan ibarət olması isə onu yay aylarında ideal seçimə çevirir.

Bizə qoşulun