Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.
Təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.
Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.(Oxu.Az)
.png)
.jpg)