Medianews.az
Türk aktyor işçisini beysbol çubuğu ilə döydü -
71 baxış

Türk aktyor işçisini beysbol çubuğu ilə döydü - VİDEO

İstanbulun Beyoğlu rayonunda aktyor və sosial media fenomeni Bahadır Ünlünün işçisinə beysbol dəyənəyi, təpik və yumruqla hücum etməsi böyük rezonans doğurub.

Medianews.az xəbər verir ki, hadisə mobil telefonla lentə alınıb və görüntülərin yayılmasından sonra Bahadır Ünlü polis tərəfindən saxlanılıb.

Restoran isə bələdiyyə əməkdaşları tərəfindən bağlanıb.

Hadisə dünən saat 19:00 radələrində Tomtom məhəlləsində qeydə alınıb. İddialara görə, Bahadır Ünlü restoranında çalışan bir işçini oğurluqda ittiham edərək ona dəfələrlə təpik və yumruq vurub. B.Ünlü işçini havaya qaldıraraq yerə çırpıb və beysbol dəyənəyi ilə döyməyə davam edib. 

Görüntülərdə Ünlünün hadisəyə müdaxilə etməyə çalışanları da itələdiyi aydın görünür.

Polis təhlükəsizlik görüntülərindən sonra hərəkətə keçərək Bahadır Ünlünü saxlayıb və o, ifadə vermək üçün bölməyə aparılıb. Araşdırmalar davam edir.

Beyoğlu Bələdiyyəsi isə sosial mediada açıqlama edərək restoranın dərhal möhürləndiyini bildirib.

İş üzrə araşdırma davam edir.

Medianews.az

Beyoğlu'nda oyuncu Bahadır Ünlü hırsızlık yaptığı iddiasıyla çalışanını beyzbol sopasıyla darbetti

Beyoğlu'nda oyuncu Bahadır Ünlü hırsızlık yaptığı iddiasıyla çalışanını beyzbol sopasıyla darbetti

Beyoğlu'nda oyuncu Bahadır Ünlü hırsızlık yaptığı iddiasıyla çalışanını beyzbol sopasıyla darbetti

Bizə qoşulun