Medianews.az
Tramp Ərdoğana təşəkkür etdi, daha sonra sildi
87 baxış

Tramp Ərdoğana təşəkkür etdi, daha sonra sildi

ABŞ prezidenti Donald Tramp sosial şəbəkədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür etdiyi paylaşımı qısa müddət sonra silib.

Medianews.az xəbər verir ki, paylaşımda “Təşəkkür edirəm, Prezident Ərdoğan!” ifadəsi yer alıb.

Bununla yanaşı, postda Ərdoğana aid olduğu bildirilən “Prezident Tramp dünyanın əsrlərdir gözlədiyi liderdir — o, sadəcə gücdən danışmır, onu təcəssüm etdirir” fikri də paylaşılmışdı.

Sözügedən paylaşımın hansı səbəbdən silindiyi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib./Musavat.com 

Bizə qoşulun