Müğənni Fərəh Samirəqızı saxlanılıb. Bu barədə Lent.az-ın yaydığı məlumatda bildirilib ki, Fərəh Samirəqızı sosial şəbəkələrdə təhqiramiz ifadələr işlətdiyi üçün polis tərəfindən saxlanılıb. O, yaxın saatlarda məhkəmə qarşısına çıxarılacaq.
Medianews.az xəbərin doğru olub-olmadığını bilmək üçün müğənninin anası, meyxanaçı Samirə Yusifqızı ilə əlaqə saxlayıb.

Samirə Yusifqızı Medianews.az-a bunları bildirib: “Saxlanılmaq bir neçə qaydada ola bilər. Burada təhqir, söyüş yoxdur, kimisə alçaltmayıb, kiminsə adı çəkilməyib. Bu ümumi xanım məclisində qızlara olunan müraciətdir. Videoda da açıq-aydın görünür. Deyir ki, “Nərminin məclisində olan xanımlara”. Bu o sözləri xalqa deməyib, başqa heç kimə deməyib, anasına deməyib, bacısına deməyib. Bu onu xalqa deyərsə xalqın içində anası da var, bacısı da var, qardaşı da var. Təbii ki, Fərəh o sözü deyə bilməz. Mən Fərəhə haqq qazandırmıram. Bəli, Fərəh səhv edib. O gərək Kəmalə Günəşlinin tərəfini bu cür saxlamazdı. Əgər məhkəmə predmeti varsa cəriməsi ilə yaxud da necəsə aidiyyatı qurumlar bunu özləri həll edəcəklər. Dövlət strukturları nəyi necə etmək lazımdırsa özləri bilir. Çəkiliş disk formasında təqdim olunub. Nə saxlanılmaq? Cinayətkar deyil, adam öldürməyib”.
Samirə Yusifqızı bu mövzunun efirlərdə qəsdən şişirdildiyini də vurğulayıb.
Qeyd edək ki, Fərəh Samirəqızının sosial mediada həmkarı Kəmalə Günəşlinin müdafiə xarakterli çıxışı tənqid və qəzəblə qarşılanıb.
Əli Əsgər,
Medianews.az

