İyunun 3-də saat 22:00 radələrində İstanbul Ataşehir bölgəsində piyada keçidində yüksək sürətlə hərəkət edən avtomobil Damla Nur Sönməz adlı gənci vurub.
Medianews.az xəbər verir ki, hadisədən bir neçə gün sonra qəza anının görüntüləri yayılıb.
Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan Nur Sönməzi bütün müdaxilələrə baxmayaraq xilas etmək mümkün olmayıb. Hadisədən sonra sürücü də saxlanılıb.
Qəzanın şahidi olan mağaza işçisi Erdoğan Yürük hadisə ilə bağlı bunları deyib: “Yuxarıdan 3 maşın bir-birinin ardınca gəlirdi. Gənc qız yolu keçmək istəyən zaman maşın onu vurdu. Avtomobil çox sürətllə hərəkət edirdi və qızı vurduqdan sonra da bir neçə metr irəli sürüdü. Buranın piyada keçidi çox qeyri-müəyyəndir, həmişə belə hadisələr olur. Buna çarə tapmaq lazımdır. Piyada keçidi nişanları var, amma ağaclar onu bağlayır”.
Medianews.az