Medianews.az
Ronaldo 226-cı milli oyununda ilk dəfə qırmızı vərəqə ilə cəzalandı -
115 baxış

Ronaldo 226-cı milli oyununda ilk dəfə qırmızı vərəqə ilə cəzalandı - VİDEO

Ötən gecə DÇ-2026-nın seçmə mərhələsində İrlandiya və Portuqaliya yığmaları üz-üzə gəlib.

Medianews.az Offsideplus.az-a istinadla xəbər verir ki, görüş irlandların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunun ən maraqlı məqamı isə Kriştiano Ronaldonun qırmızı vərəqə ilə cəzalanmağı olub. O, 59-cu dəqiqədə komandasını azlıqda qoyub.

Bu, Ronaldonun 226-cı milli matçında ilk qırmızı vərəqəsi olub.

Həmin anları təqdim edirik:

Bizə qoşulun