Medianews.az
Qonşusu Əməkdar artistin pəncərəsini "kartof yağışı"na tutdu
86 baxış

Qonşusu Əməkdar artistin pəncərəsini "kartof yağışı"na tutdu

Əməkdar artist Könül Kərimova "Qonaqcanlı" proqramında şəxsi həyatına dair səmimi açıqlamaları ilə diqqət çəkib.

Sənətçi nənə olmağın hisslərini sözlə ifadə etməyin çətin olduğunu deyib: "Övladın yeri ayrı, nəvə isə tam başqa bir duyğudur. Bunu yaşayan daha yaxşı anlayır", - deyə o bildirib.

Könül Kərimova oğlu Rəşadla bağlı ən böyük arzusunu da dilə gətirib:

"İstəyirəm ki, Rəşadın qız övladı olsun və ona mənim adımı - 'Könül' adını versin. Övladlarım hisslərimə hər zaman hörmətlə yanaşıb, buna görə tərəddüdləri olmaz".

Veriliş zamanı sənətçiyə qonşusundan illər sonra gələn maraqlı məktub da təqdim olunub. Qonşu məktubda bir vaxtlar Novruz bayramında onların qapısına papaq atdığını, cavab gəlmədiyi üçün pəncərəyə kartof atdığını etiraf edib və bu hərəkətinə görə müğənnidən üzr istəyib./Milli.az/

Bizə qoşulun