İsrail hakimiyyəti tanınmış rusiyalı komediya ustası Maksim Qalkinin konsert zamanı dövlət bayrağını təhqir etməkdə şübhəli bilinərək istintaqa cəlb edəcək.
Medianews.az verir ki, bu barədə məlumatı Mash Telegram verib.
Aydınlaşdırılıb ki, hadisə, noyabrın əvvəlində Petah Tikvada baş tutan konsertdə baş verib. Tamaşasının sonunda komediya ustası səhnədə ukrayna dilində bir neçə cümlə deyib, tamaşaçılardan Ukrayna bayrağını götürüb və yaxınlıqdakı stolun üzərində olan İsrail bayrağının üzərinə qoyub.
Mash-ın məlumatına görə, komediyaçının bu hərəkəti israilli fəalları qəzəbləndirib. Nəşr qeyd edib ki, onlar İsrail Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyi ilə əlaqə saxlayıb, Qalkinin milli simvolu təhqir etdiyinə görə araşdırılmasını istəyiblər.
Mash vurğulayıb ki, İsraildə bu cür pozuntular üç ilə qədər həbs və ya 15 min dollara qədər cərimə ilə cəzalandırılır.
Medianews.az