Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə dünən gecə saatlarında xəstəxanaya daxil olarkən görüntülənib.
Medianews.az xəbər verir ki, uğurlu karyerası və şəxsi həyatı ilə tez-tez gündəmə gələn aktrisanın təbii, makiyajsız görüntüsü mətbuatın diqqətini cəlb edib.
“Yasak Elma”, “Bizim Hikaye” və “Üç Kuruş” kimi məşhur layihələrdəki rolları ilə geniş kütlələrin rəğbətini qazanan Cavadzadə, səhhəti haqqında sual verildikdə qısa cavabla kifayətlənib: “Bir az xəstəyəm, çox sağ olun”.
Məlumata görə, aktrisa müayinə üçün xəstəxanaya daxil olub və hazırda səhhəti ilə bağlı əlavə açıqlama verilməyib. Onun son görüntüləri isə sosial mediada geniş müzakirələrə səbəb olub.
Hadisə ilə bağlı rəsmi açıqlama gözlənilir.
