Kanye Vestdən boşandıqdan sonra təxminən beş ildir subay olan Kim Kardaşyan münasibətlərə qayıtmaqdan çəkinməsinin səbəblərini açıqlayıb.
Medianews.az xəbər verir ki, ABŞ-də yaşayan erməni əsilli porno ulduz uzun müddət tək yaşamağın insanda rahatlıq hissi yaratdığını deyib.
Kardaşyan bildirib ki, zaman keçdikcə təkliyə öyrəşmək münasibət fikrini daha az cəlbedici edir:
“Nə qədər subaysınızsa, bir o qədər rahat olursunuz. Elə bir vaxt gəlir ki, yatağınızı və ya sevdiyiniz verilişləri kiminləsə paylaşmaq belə cazibəsini itirir. Öz gündəlik ritminizə alışırsınız”.
Bununla belə, Kardaşyan sevgini tamamilə həyatından çıxarmadığını vurğulayıb:
“Mən romantik insanam. Doğru insan ortaya çıxanda münasibətə hazır olacağam. Hər şey öz axarı ilə yaxşı olacaq”.
Medianews.az