Medianews.az
Çalxalanan Türkiyə siyasəti -
63 baxış

Çalxalanan Türkiyə siyasəti - biz kimin tərəfindəyik?

Türkiyənin siyasi gündəminin Azərbaycanda da diqqətlə izlənməsinin iqtidar-müxalifət davasından daha ciddi səbəbləri var. Türkiyə təkcə regionda deyil, dünyada bizim üçün özəl və mühüm ölkədir, bunun səbəblərinin ayrıca izahatına ehtiyacı yoxdur. Hamımızın ürəyində bir Türkiyə var.

Türkiyə şəxsən mənim kimi çoxları üçün futbol, məsələn, “Qalatasaray”, “Fənərbağça”rəqəbəti deyil, bunların daha ötəsində dayanan sevgi, qardaşlıq və mənəvi bağlılıq hissidir.

...İki ölkənin xəbər məkanı çoxdan birləşib- məsələn, Bakıdakı beynəlxalq tədbiri Türkiyə televiziyaları öz uğurları kimi işıqlandırır. Türkiyədə baş verənlər haqda da hər gün görüb-e eşitdiklərimiz Azərbaycanın efir məkanında “xarici xəbər bloku” hesab olunmur. O səbəbdən qardaş ölkədə xüsusən də seçkilər dövründə Azərbaycanın ictimai-siyasi həyatı da sanki canlanır. Türkiyəyə bu cür aşırı diqqət adətən, prezident və parlement seçkilərində olur, hətta sosial şəbəkələrdə günlərlə davam edən “qırğın müzakirələr” səngimir. Son illər bu müzakirələr siyahısına bələdiyyə seçkiləri də əlavə olunub. Yəni Türkiyəni tanımaq və izlımək üçün onun siyasəti həyatına da az-çox bələd olmaq lazım gəlir...

Cümhuriyyət Xalq Partiyası (CHP) haqda Ankara məhkəməsini məlum qərarından sonra Türkiyədə siyasi gündəm xeyli gərginləşib. Biz iki qardaş ölkə olaraq, qəbullanırıq ki, fərqli siyasi-partiya sistemlərində yaşayırıq, tam fərqli seçkilər keçiririk. O səbəbdən CHP-nin sonuncu 38-ci qurultayının nəticələrinin ləğvinə ölkmizdəki bəzi sosial şəbəkə istifadəçilərinin “məhkəmə Özgür Özəli işdən çıxardı” reaksiyası təəccüblü deyil. Türkiyədə məhkəmənin necə deyərlər, “kəsdiyi başa” sorğu-sual yoxdur. Ola bilsin ki, məhkəmələr son illər daha çox siyasiləşib, cəmiyyət verilən qərarları əvvəlki kimi tərəfsiz qəbul etmir. Xüsusilə hüquqi sistemə sızmış FETÖ-nun qondarma ittihamlarla Türkiyənin gündəmini dəyişən qondarma cinayət işlərinin(məsələn, “Bayloz” və “Ergenekon”)ən çox ədalət sistemini ziddi zədələdiyi də faktdır.

Bu səbəbdən İstanbul bələdiyyəsinin sabiq sədri Əkrəm İmamoğlu barədə verilən qərarlar və hazırda davam edən məhkəmə prosesi ölkə daxilində bəzi suallar da doğurur. Qısacaq olaraq onu deyək ki, “İmamoğlu məsələsi” CHP üçün sadəcə, hüquqi problem deyil. O, hazırda Türkiyədə müxalifətin ən populyar siması hesab olunur...

Hazırkı hüquqi gərginliyin səbəbi bəllidir. Ankara məhkəməsi CHP-nin 2023-cü ilin noyabrında keçirilmiş qurultayını etibarsız sayıb. Bu qərarla Özgür Özəlin sədrliyi hüquqi baxımdan ləğv edilib və partiyanın keçmiş lideri Kamal Kılıçdaroğlu yenidən rəhbər kimi tanınıb. CHP rəhbərliyi bunu “məhkəmə çevrilişi” adlandırır, qərarı partiyaya siyasi müdaxilə kimi qiymətləndirir.

Fakt faktlığında qalır ki, Özgür Özəlin sədrliyindən sonra CHP bələdiyyə seçkilərində Türkiyə miqyasında uğur qazandı, İstanbul və Ankara kimi strateji şəhərlərdə mövqeyini qorudu, hətta AKP-nin bəzi ənənəvi bölgələrində üstünlük də əldə etdi.

Yaranmış vəziyyət hələ son qurultaydan əvvəl başlamış Kılıçdaroğlu tərəfdarları ilə Özgür Özəl komandası arasında savaşın hüquqi müstəvidə həllinin nəticəsidir. Özəlin sədr seçildiyi 38-ci qurultaya hiylə qatılması haqda çoxsaylı şikayətlər olması da faktdır, burada AKP iqtidarını suçlamaq qərəzdən başqa bir şey deyil. Verilən şikayətlər birləşdirilib və uzun araşdırmadan sonra Ankara məhkəməsi iddiaları əsaslı hesab edərək 28 qurultayında sədrlik, eləcə də digər yetkili orqanlara seçkilərin nəticələrini tanımayıb. Kıçdaroğlunun bu qərarın “harasında”olduğu haqda birmənalı rəy yoxdur, amma onun əleyhdarları CHP-yə sədrliyə qayıtmasına qarşı müqavimət göstərməkdədirlər. Türkiyə kimi ölkədə tarixi bir partiyanın yerli təşkilatları da daxil qapılarının bağlayaraq, “yeni-köhnə rəhbərliyi” görəvə qayıtmasını əngəlləməsi açıq siyasi qarşıdurmaya çevrilməkdədir.

Bu gün axşama yaxın polis CHP tərəfdarlarına qarşı gözyaşardıcı qazdan istifadə edərək blokadaya alınmış binaya daxil olublar. Özgür Özəl də mərkəzi qərargahda olduğunu deyib . 

Kılıçdaroğlu əvvəlki günlər daha mülayim açıqlamalar verirdi, hətta Özəllə birgə çıxış yolu tapılacağına ümidli danışırdı. Amma indi görünən mənzərə qarşıdurmanın hər keçən saat daha da artdığını göstərir. Kim düşünürsə ki, bu gərginliklər Türkiyəyə heç bir ziyan vermir, doğru yanaşma deyil. CHP haqda məhkəmə qərarından sonra İstanbul birjasında eniş yaşanır, investorların siyasi risklərdən narahat olduğu bildirilir. Bu onsuz da iqtisadi təlatümlər yaşayan Türkiyə üçün əlavə çətinliklər yarada bilər. Dünyada Azərbaycan kimi Türkiyənin də bədxahları yetərincədir və bu kimi hadisələrdən Ankaraya qarşı sui-istifadə edirlər. Təsadüfi deyil ki, Avropa siyasi dairələri və beynəlxalq təşkilatlar “Türkiyədə məhkəmə sisteminin siyasi alətə çevrilməsi ilə bağlı narahatlıq ifadə edirlər”.

CHP-nin başına gələnlər “özü yıxılan ağlamaz” deyimini yada salır. İndi əsas problem 2028-də olası prezident seçkilərində hakimiyyət alternativ olduğunu sübut etmək olacaq. CHP-nin parçalanacağı, yoxsa daha güclü siyasi müqavimət mərkəzinə çevriləcəyini demək çətindir. Amma birinci ehtimaln daha ciddi görünür...

Sonda. CHP rəhbərliyə qayıdan Kamal Kılıçdaroğlunun Azərbaycanla bağlı mövqeyi birmənalı olmayıb, onun müşaviri olmuş Ünal Çevikköz (Azərbaycandakı keçmiş səfir) isə hətta İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanda muzdlu döyüşçülər olduğunu iddia etmişdi.Özgür Özəl isə CHP sədliyində Azərbaycanla münasibətdə həmişə səmimi fikirləri ilə seçilib.//Musavat.com

Bizə qoşulun