Medianews.az
Bu ölkə ordusunu
76 baxış

Bu ölkə ordusunu “Azərbaycan modeli“ ilə qurur

Özbəkistan ordusunu “Azərbaycan modeli” ilə modernləşdirir.

Medianews.az Musavat.com-a istinadla xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Özbəkistana Azərbaycanla əməkdaşlıq modelinə uyğun məsləhətçi heyətin göndərildiyini açıqlayıb.

Nazirin sözlərinə görə, Türkiyənin səmimi şəkildə dəstək verdiyi qardaş və dost ölkələr türk ordusuna bənzər silahlı qüvvələr strukturu yaratmaq istəyirlər. pizza sifarişi

“Bizi dərin tarixi və mədəni bağların birləşdirdiyi dost və qardaş ölkə Özbəkistanla davam edən hərbi əməkdaşlıq çərçivəsində, general-mayorumuzun rəhbərliyi altında məsləhətçi heyət Azərbaycanda olduğu kimi Özbəkistana da göndərilib”, – deyə Yaşar Gülər bildirib.

Bizə qoşulun