Medianews.az
Bakıda qızıl mağazası belə qarət olundu -
121 baxış

Bakıda qızıl mağazası belə qarət olundu - ANBAAN VİDEO

Bakının Nizami rayonunda qızıl mağazası qarət olunub.

DİN mətbuat xidmətindən verilən xəbərə görə, rayonun Q.Qarayev prospektində yerləşən zərgərlik mağazalarının birindən 1800 manat dəyərində qızıl-zinət əşyasının oğurlanması barədə polisə məlumat daxil olub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən 53 yaşlı Zabil Abışov müəyyən edilərək saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxsin satıcının diqqətinin yayınmasından istifadə edərək oğurluq etdiyi məlum olub. Araşdırmalar davam etdirilir.

Bizə qoşulun