Cümə axşamı, 25 Aprel 2024

Zahid Səfəroğlu

Qələbəyə bərabər məğlubiyyət

Qələbəyə bərabər məğlubiyyət

Türkiyədəki son bələdiyyə seçkiləri az qala, prezident və parlament seçkilərindən də gərgin atmosferdə, sərt rəqabət şəraitində keçdi, ölkə hüdudlarından kənarda...

Problem hicabda yox, başdadır!

Tacikistan hökuməti hicablı qadınların dövlət və özəl idarələrə daxil olmasını qadağan etməyə hazırlaşır. “Hökumət qadınlara hicab və qara rəngli baş...

Vassal “azadlığı”

Ermənistanın nə dərəcədə oyuncaq və qeyri-ciddi dövlət olduğu bir daha məlum oldu. Nikol Paşinyan o gün deyib ki, seçkilərdən sonra...

İxrac olunmayan dəyər

ABŞ-ın müdafiə naziri Ceyms Mettis bu günlərdə maraqlı açıqlama verib. Dünyanın ən qüdrətli dövlətinin hərb naziri etiraf edib ki, Əfqanıstanda...

Çörəyi dizinin üstdə olanlar

Borçalılılarla bağlı maraqlı bir xəbər yayılıb. “Rustavi-2" kanalının məlumatına görə, oradakı azərbaycanlıları çörəyə and içdirib məcbur edirlər ki, prezident seçkisinin...

Ağ Evin qara siyahısı

Ağ Evin qara siyahısı

Bir dövlətin gücü ən əvvəl onun valyutasının gücü ilə ölçülür, nəinki ordusu, əsgərlərinin sayı ilə. Çin dünyada ən böyük sayda...

Parazit ölkənin qonşuluğunda

Ermənilər həqiqətən yaxşılıq qavrayası, arxa çevriləsi, “ipinə odun yığılası” millət deyillər. Əfsus ki, bizə belə məkrli, əmanətə (Qarabağ) xəyanət edən...

Rusca “ağıl duası”

Rusiya futbol çempionatı sınağından üzüağ çıxa bildi. Əksər siyasi və idman şərhçilərinin fikrincə, mundial yüksək səviyyəli təşkilatçılığı ilə yadda qaldı...

Rus tələsindəki “pendir”

Qarabağ müharibəsində “qalib” ermənilərin məğlub, miskin durumu barədə artıq bütün dünya bilir. Dünyaya blokadadan car çəkən də yenə “qalib” Ermənistandır,...

Qiyamətə qalan barışıq

Bu gün - 24 aprel ümum-erməni ağlaşma, hüzn günüdür. Bu gün dünyanın harasında erməni varsa, orada antitürk isterikası yenidən fontan...

İt hürən tərəfə gedək, yoxsa…

Dünyanın tarazlığı nüvə təhdidi də daxil, xeyli pozulub. Fövqəldövlətlərin toqquşan maraqları nəinki ikitərəfli münasibətləri, beynəlxalq sabitliyi və təhlükəsizliyi də ciddi...

21 il öncənin yanlışı

Azərbaycan Fransaya nota verməyə hazırlaşır. Səbəb də özünü Qarabağdakı kriminal rejimin rəsmisi kimi təqdim edən Aşot Qulyan adlı separatçının bu...

Məmmədyarov getsin, yoxsa qalsın?

Xarici işlər naziri Elmar Məmmədyarovun başı üzərində “qara buludlar” deyəsən sıxlaşır. Nazirə istefa tələbləri artıb. Özü də bu tələbi səsləndirənlər...

Vuran əlimiz, güvən yerimiz…

Gözlənilən idi. Türkiyənin Suriyada terrorçulara qarşı əməliyyatlarda uğurları artdıqca antitürk çevrələri yasa batır. Kimin kim olduğu indi apaydın ortadadır. Maskalar...

Konqresin murdarlanması

“4 günlük” aprel müharibəsi zamanı gizlənməyə siçan deşiyi axtaran separatçı başı Bako Saakyan sabah ABŞ-a gedir. Erməni qaynağı iddia edib...

Amilinin deyə bilmədiyi amillər

Ərdəbilin imam-cüməsi, hörmətli Seyid Həsən Amili haqlıdır. Torpaqlarımızın işğaldan azad edilməsi üçün öncə millət olaraq ayağa durmalıyıq. Bu, bişəkk ki,...

Əbədi problem – korrupsiya…

Saakaşvili deyib ki, Ukraynada korrupsiyanın kökünü yalnız Avropa Birliyinin sayəsində kəsmək olar. O əmindir ki, qurum korrupsionerlərlə bağlı yeni “Maqnitski...

Arxivlər açılsın, açılmasın?

Prezident Ərdoğan iddiaları yerə-göyə sığmayan mənfur qonşulara yenə arxivləri açmağı təklif edib. Deyib ki, “qondarma soyqırımı araşdırmaq üçün arxivləri açmağı...

Qiyamətin daha bir əlaməti

ABŞ prezidenti Donald Tramp CNN jurnalistini Ağ Evdəki mətbuat konfransından qovub. Səbəb jurnalistin ona miqrantlarla bağlı məlum təhqiramiz fikrini xatırladaraq...

Anlamaq və anlatmaq dərdi

Xarici Xidmət İnstitutu (FSİ) deyilən bir qurum maraqlı tədqiqat aparıb. Qurum Azərbaycan türkcəsini 61 dil arasında çətin öyrənilən dillərin 4-cü...

Qanqsterin intiharı

“Bəzən adama taladığı milyardlar da kömək eləmir”. Bu sözləri Beynəlxalq Bankın sabiq rəhbəri, 15 illik həbs cəzası ilə yatan Cahangir...

Qapıları çırpıb getsək…

Noyabrın Azərbaycana vəd elədiyi bir müşkülü adladıq. Söhbət Avropa Birliyinin (AB) Brüssel sammitinin yekun bəyannamə layihəsində ermənilərin səyi ilə yer...

Bu oyunda kim uduzdu kim uddu?..

Daşımız doğrudan da çox ağır imiş. “Qarabağ” – “Çelsi” matçını izləyənlər yəqin ki, bizimlə razılaşar: bu oyunda “Qarabağ” uduzmadı, uduzduruldu....

Bəxtimizə müharibə düşsə

Ermənistanın işğalçı ordusuna çağırışçı böhranı yaşayır. Düşmən ölkədə bir müddətdir “xalq-ordu” ideyasının ortaya atılması və bu ideyanı qanuniləşdirmək yönündə səylər,...

Düşməni öz üsulu ilə əzmək

Düşməni öz üsulu ilə əzmək

Qarabağa dair daha bir yüksək səviyyəli görüş nəticəsiz bitdi: Moskvada Azərbaycan, Rusiya və Ermənistanın dini liderlərinin görüşündə simvolik anlaşma belə...

Pan Gi Munun vicdan əzabı

Pan Gi Munun vicdan əzabı

BMT-nin keçmiş baş katibi Pan Gi Mun Bakıya gəlibmiş. Nazir Elmar Məmmədyarovla görüşdə o, Dağlıq Qarabağ probleminin Azərbaycanın suverenliyi və...

Atəşkəs “yastığı”

Atəşkəs “yastığı”

Sabah atəşkəs haqda bədnam Bişkek protokolunun imzalanmasından 23 il ötür. Düz 23 ildir ki, Azərbaycan xalqının başı altına yaxşı bir...

Paytaxtda V Bakı Qlobal Forumu keçirilir. Budəfəki tədbir öncəliklə həssas bir dönəmə təsadüf edir və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində, həmçinin regiondakı təhlükəli durum fonunda Azərbaycanın yerinə və nüfuzuna əlavə pozitiv ştrixlər gətirə bilər.   Ən azı, ölkəmizin əsas dərdini – Qarabağ məsələsini daha böyük auditoriyaya çıxarmaq üçün bu, növbəti və unikal fürsət hesab edilə bilər. Çünki tədbir iştirakçıları olan qonaqlar, yüksək çinli rəsmilər müxtəlif ölkələri, fərqli sivilizasiyaları təmsil edir. Onlar qayıdarkən özləri ilə birgə istət-istəməz Azərbaycan həqiqətini də aparacaqlar. Ölkəmizin üzləşdiyi ədalətsizliyə qarşı müəyyən etirazla yüklənib gedəcəklər. Söhbət ilk növbədə Qarabağ ixtilafından gedir.   Forum dünyada sülhün və təhlükəsizliyin əsas qarantı kimi aparıcı dövlətlər və beynəlxalq təşkilatların roluna bir daha diqqət yönəldib. Dağlıq Qarabağ kimi problemi olan Azərbaycandan ötrü bu məqam təbii ki, mühüm önəm daşıyır. Çünki Qarabağ düyünü on illərdir məhz beynəlxalq təşkilatların və güc mərkəzlərinin yetərli iradə ortaya qoymaması, bir çox hallarda isə Azərbaycana qarşı ikili standart siyasəti yürütməsi nəticəsində açılmır.   Səbəblər barədə çox yazılıb. Onlardan yalnız birinə toxunacağıq. Paradoks ondadır ki, nə qədər deyilsə də ki, Dağlıq Qarabağ məsələsi - milli və ya dini məsələ deyil, amma gerçəkdə bir sıra Qərb paytaxtları problemə həm də bu prizmadan baxır, xristian təəssübkeşliyi özünü vaxtaşırı büruzə verir. Əks halda, bunu necə izah eləmək olar ki, Krımın ilhaqına görə Rusiyaya, Krım rəhbərliyinə qarşı sanksiyalar tətbiq edən, Abxaziya və Cənubi Osetiyanın işğalına görə Rusiyanı öz adı ilə - təcavüzkar kimi çağıran Qərb Ermənistana gələndə tam əks mövqe sərgiləyir, beynəlxalq hüququn təməl prinsiplərinə hörmətsizlik göstərir, bir ovuc erməni üçün “öz müqəddəratını təyinetmə” haqqı istəyir?!   İş də ondadır ki, artıq kimsədə şübhə qalmayıb ki, əgər Qarabağdakı separatçı rejimin erməni başçıları xristian yox, müsəlman olsaydı, onların üzünə Qərb dövlətlərinin girişi, qapıları çoxdan bağlanmışdı. Amma diqqət edin, quldur Bako Saakyan rahatca ABŞ-a, Avropa ölkələrinə, Yunanıstana gedir, orada sərbəst şəkildə görüşlər keçirir, Azərbaycan əleyhinə, ölkəmizin suverenliyi və ərazi bütövlüyü əleyhinə cəzasız şəkildə təbliğat aparır. Biz hələ qondarma “DQR”-in bir çox xristian ölkələrində qanunsuz nümayəndəliklərinin fəaliyyət göstərməsini demirik. Halbuki, Krımın separatçı lideri Sergey Aksyonova qarşı sərt qadağalar mövcuddur. O, Avropanın, Amerikanın ərazisinə daxil ola bilməz, yoxsa dərhal saxlanılar.   Bu mənada Bakı toplantısı dünyadakı belə neqativ sterotipləri dağıtmaq baxımından az əhəmiyyət kəsb eləmir. Avropada ksenofobik və islamofobik dalğanın güclənməsi, bu günlərdə Avropa Məhkəməsinin iş yerlərində hicabın yasaqlanmasını qanuni sayması fonunda Azərbaycanın bir daha dünyaya pozitiv rakursdan açılması milli maraqlarımız baxımından çox vacibdir.   Sözsüz ki, sırf özümüzdən asılı olan problemlər də var və sözümüzün kəsrli olması üçün onlar təcili yoluna qoyulmalıdır. Bura təməl insan haqları ilə bağlı məsələlər, hələ də həllini tapmayan siyasi dustaq problemi, söz-ifadə azadlıqları sahəsində yaşanan problemlər, korrupsiya və monopoliyanın geniş miqyas alması aiddir. Sadalanan problemləri ən əvvəl ona görə aradan qaldırmaq lazımdır ki, ermənilər və onların dünyadakı havadarları bu problemlərdən ölkəmiz əleyhinə, Qarabağ əleyhinə təbliğatda məharətlə istifadə edirlər.  Düşmənin əlinə tutaraq verməyə son qoymaq zamanı çatıb. Bu xüsusda özümüzün özümüzə inanması, arxayın olması və təsəlli verməsi yetərli deyil, gərək ki, dünyanı da özümüzə inandıra bilək, dünyadan da təsəlli alaq. Ətrafımızdakı bu qəliz və ədalətsiz vəziyyətdən isə yalnız milli barışığı təmin eləmək, dünyaya daha güclü və demokratik qiyafədə açılmaqla çıxmaq mümkündür...   Nəhayət, Bakı Forumu 4 günlük aprel müharibəsinin ildönümü ərəfəsinə təsadüf eləməsi ilə də əhəmiyyətli sayıla bilər. Düşmənin aprel olaylarının təkrarlana biləcəyindən dolayı təlaş yaşadığı indiki dövrdə Azərbaycanın növbəti uğurlu lokal hərbi əməliyyatı üçün siyasi-diplomatik zəmin hazırlanmasını deyirik.   Bakıdan dünyaya bir mesaj da elə budur ki, ərazisinin 20 faizi işğal altında olan Azərbaycanın ən sərt vasitəyə əl atması anlaşıqlı qarşılansın. Bunu Bakıdan dünyaya aprel mesajı da adlandırmaq olar.

Bakıdan aprel mesajı

Paytaxtda V Bakı Qlobal Forumu keçirilir. Budəfəki tədbir öncəliklə həssas bir dönəmə təsadüf edir və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində,...

70-ində öyrənən

Və ya Tramplı dünya hara gedir?.. ABŞ-ın yeni prezidenti Donald Tramp obrazlı desək, gül vurur. Prezident kürsüsünə oturmasından cəmi 10...

Məmurlara tamah vergisi

Məmurlara tamah vergisi

Ermənistan parlamentinin üzvü, ana müxalifət təmsilçisi Aram Manukyan keçən həftə ölkəsinin ağır izolyasiya durumundan danışarkən maraqlı bir rəqəm söyləmişdi. Demişdi...

Niyə sizə olar, bizə yox?..

Xocalı hərbi canisi Serj Sərkisyan yenə işğal altındakı Qarabağda peyda olub, burda “general” adlanan, əslində özü kimi separatçı-bandit tör-töküntülərini, Azərbaycan...

Trampın damba-durumu nə vəd edir?

Gözlər indi də D.Trampın hansı komanda quracağınadır. Rusiya və Türkiyədən tutmuş, Azərbaycan və düşmən Ermənistana qədər, irili-xırdalı bütün dövlətlər ABŞ-ın...

Page 2 of 6 1 2 3 6

Xəbər lenti