Antalyanın Alanya rayonunda dəhşətli hadisə qeydə alınıb.
Medianews.az xəbər verir ki, Cikcilli məhəlləsində yerləşən Azakoğlu küçəsində A.H. adlı ukraynalı qadın küçədə gəzərkən tanımadığı bir şəxsin hücumuna məruz qalıb.
Məlumata görə, A.T. adlı kişi əvvəlcə qadının üzünə yumruq vurub, daha sonra isə yanında olan küt əşya ilə onun üz nahiyəsinə xəsarət yetirib. Hücumdan sonra şübhəli hadisə yerindən qaçıb.
Zərərçəkən qadın dərhal xəstəxanaya aparılıb, üzünə tikiş qoyulub və vəziyyətinin yaxşı olduğu bildirilib.
Polis hadisə ilə bağlı geniş axtarış əməliyyatı aparıb. Təhlükəsizlik kamerası görüntülərini araşdıran hüquq-mühafizə orqanları hücumçunun A.T. olduğunu müəyyən edərək onu saxlayıb.
Hadisə anı yaşayış kompleksinin təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Araşdırma davam edir.
Medianews.az