Medianews.az
Afra Saraçoğlu sevgilisi ilə — FOTO
150 baxış

Afra Saraçoğlu sevgilisi ilə — FOTO

Türkiyəli aktrisa Afra Saraçoğlu, bir müddətdir gizli saxladığı sevgilisi ilə ilk dəfə İstanbulda obyektivlərə tuş gəlib. Aktrisa sevgilisi Poyraz Yosmaoğlu ilə Bebekdə bir məkan çıxışında eyni avtomobildə görüntülənib.

Demokrat.az xəbər verir ki, cütlük daha əvvəl İspaniyada da birlikdə görünüb və münasibətlərini gözlərdən uzaq yaşamağa üstünlük verib. İstanbulda çəkilən son görüntülər isə onların münasibətinin artıq daha açıq şəkildə davam etdiyini göstərib.

Digər tərəfdən, Afra Saraçoğlu son günlər sosial mediada paylaşdığı təbii və filtresiz fotoları ilə də gündəmdədir. Aktrisanın gün işığında makiyajsız çəkdirdiyi paylaşımlar qısa zamanda minlərlə bəyənmə toplayaraq izləyicilər tərəfindən maraqla qarşılanıb.

Saraçoğlu həmçinin İtaliyanın moda mərkəzi Milanodan etdiyi paylaşımlarla da diqqət çəkib. Onun şəhər gəzintisi zamanı seçdiyi stil və kombinlər moda dünyasında da müzakirə mövzusu olub.

Bizə qoşulun