Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan Bingöl şəhərində mitinqdə çıxışı zamanı media maqnatı Aydın Doğanı sərt tənqid edib.
AzNews.az verir ki, media maqnatını bir sıra xarici güclərin oyuncağı olmaqda ittiham edən Ərdoğan, onu homeseksuallarla birlikdə Fətullah Gülənə dəstək verməkdə günahladırıb. Türkiyənin qaranlıq dövrlərinin geridə qaldığını söyləyən Ərdoğan A.Doğanın hegemonluq dövrünün bitdiyini bildirib.
Məlumat üçün bildirək ki, Aydın Doğan 2000-ci ilin əvvəllərində Türkiyə dövlərinə məxsus neft şirkəti “Petrol Ofisi”ni fırıldaqçılıqla ələ keçirmişdi. Aydın Doğanın “Petrol Ofisi”ni ələ keçirməsi Türkiyənin ən iri korrupsiya əməliyyatlarından biri hesab olunurdu. Bundan əlavə, 2009-cu ildə Türkiyənin Maliyyə Nazirliyi Aydın Doğanın holdinqini rekord məbləğdə – 2,5 milyard dollar vergi ödəməyə məhkum edib. Bununla da Aydın Doğan Türkiyənin ən iri məbləğdə vergi cəzasına məhkum edilən iş adamı kimi rekord vurmuşdu.
Onu da bildirək ki, Aydın Doğan Fətullah Gülənlə mütəffiqlikdə ittiham olunur. Bunu deməyə isə bir çox əsaslar var. Onlardan biri kimi, Fətullah Gülənə yaxın konqresmenlərin Aydın Doğanın KİV-lərinə qarşı təzyiqlər edildiyi barədə bəyanatlar verməsi, Türkiyədə media azadlıqlarının boğulduğuna dair qətnamə layihəsi hazırlamasıdır. Bu qətnamə layihələrində “Doğan qrupuna daxil olan “müstəqil və məsuliyyətli KİV-lərin sıxışdırıldığı” xüsusi qeyd olunur.
Həmçinin Doğan Azərbaycana qarşı da qərəzli mövqedədir. Onun maliyyələşdirdiyi qəzetlər tez-tez Qarabağ məsələsində Azərbaycan ictimaiyyətini çaşdırmağa yönəlmiş dezinformasiyalar yayırdı. İddia edilirdi ki, Azərbaycan 1-2 rayonun qaytarılması şərti ilə Türkiyə-Ermənistan sərhədlərinin açılmasına razıdır, yaxud Türkiyə hökuməti Ermənistanla bir neçə rayonun boşaldılmasına dair razılıq əldə edib.
Son olaraq qeyd edək ki, Aydın Doğanın ən sevimli jurnalisti olan Mehmet Birand da dəfələrlə yazılarında və televiziya reportajlarında Türkiyəni Ermənistanla sərhədlərini açmağa çağırıb. Tez-tez anti-Azərbaycan yazıları dərc edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.