Bakıda qəza hadisəsi qeydə alınıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonu, Təbriz küçəsində baş verib. 85 BB 855 dövlət nişanlı “Chevrolet” markalı minik avtomobili ilə 90 SN 888 dövlət nişanlı “Porsche Panamera” toqquşub, “Chevrolet” səkiyə çıxıb.
Hadisə yerinə polis əməkdaşları gəlib, protokol tərtib olunub.
Qəza zamanı yaralıların olmadığı bildirilir.