Rusiyada azərbaycanlı kriminal avtoritet həbs edilib.
AzVision.az-ın məlumatına görə Rusiyanın Daxili İşlər Nazirliyi Moskvadakı “Neolit” kafesində, çərşənbə günü keçirilən kriminal avtoritetlərin toplantısına basqın təşkil edib. Əməliyyat zamanı 50 kriminal avtoritetin yaxalandığın bildirilir.
Onların arasında 54 yaşlı Azərbaycan vətəndaşı Yunus Nəzərov da var. Yunus Nəzərov krimanal aləmdə “Yunus Yasamalski” kimi tanınır. Onun Rusiyada qeyri-qanuni miqrant kimi yaşadığı məlum olub.
Məlumatda qeyd olunub ki, Y. Nəzərovun Azərbaycana deportasiya edilməsi gözlənilir.